Vağzal meydanında yeraltı bazarının ticarətçiləri aksiya keçirdilər

Vağzal meydanında yeraltı bazarının ticarətçiləri, “Leyborist partiyasının” üzvü Laşa Çxartişvili ilə bərabər aksiya keçirdilər.

Aksiya iştirakçıları bazardaki yerləri üçün verginin bahalandırılmasını etiraz edirlər.

Onların dediyinə görə, ticarət etdiyi yerləri meriyadan alıblar və indi də meriyadan yardım tələb edirlər.

“Əvvəlcə 3 laridən başladıq, sonra 6 lari oldu, sontra 10 lari, indi də, yenə iki lari ilə artırdırdılar vergimizi.

Biz bu məbləği ödəyə bilmirik. Arendaçlya, yer sahibinə müraciət etdik, ancaq o bizdən artıq qiymət tələb edir.

Meriyadan xahiş edirik, bizi kimi insanlara da fikir versinlər. Sadəcə iri biznesmenlərlə görüş keçirirlər, bir gün də bizimlə görüşsünlər, bir görsünlər nə dərdimiz var” – deyir ticarətçi Mzia Lebanidze.