Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin məlumatına görə, Tbilisidə 48 uşaq bağçası bağlanılıb, bağçaların 206 əməkdaşı və 83 uşaq koronavirusa yoluxub
Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin məlumatına görə, Tbilisidə 48 uşaq bağçası bağlanılıb, bağçaların 206 əməkdaşı və 83 uşaq koronavirusa yoluxub

 

Tbilisinin Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin məlumatına görə, bu vaxt üçün epidemioloji vəziyyət səbəbilə paytaxtda 48 uşaq bağçası bağlanıb.

Onların verdiyi məlumata görə, tam şəkildə bağlanılmış uşaq bağçaları ilə yanaşı ayrı-ayrılıqda 115 qrupun fəaliyyəti də dayandırılıb.

Bununla yanaşı, agentlikdən bağçaların 206 əməkdaşı və 83 uşağın koronavirusa yoluxması bildirilib.