Uşaq bağçalarının qida təminatı üçün tenderdə qalib gələn şirkət bir neçə günə bəlli olacaq
Uşaq bağçalarının qida təminatı üçün tenderdə qalib gələn şirkət bir neçə günə bəlli olacaq

“Kimsəyə izin vermərik ki, uşaqların qidasında nəyisə əksik etsin”, – bu bəyanatı paytaxtın meri Kaxa Kaladze verdi.

Kaladzenin dediyinə görə, uşaq bağçalarının qida təminatı üçün tender yenidən elan edildi və qalib gələn şirkət yaxın günlərdə bəlli olacaq. 

“Uşağ bağçalarını qida ilə təmin edən, əvvəlki tenderdə qalib olan “Nil” şirkəti idi, çünki onun məhsullarının qiyməti digərlərindən ucuz idi, ancaq tender komisiyası, aşkar etdiyi texniki yolsuzluqlara görə, şirkətə diskvalifikasiya verdi. Hazırda yeni tender elan edilib və nəticələr yaxın günlərdə bəlli olacaq.

Əgər hərhansı bağçanın uşaqlarının qidasında hərhansı bir məhsul əksik olsa, buna çox sərt reaksiya veriləcək” – dedi Kaladze.

Xatırladaq ki, “Yeni Gürcüstan” siyasi platforması uşaq bağçalarında qida təminatının nəzarəti məsələsinin istintaqını tələb edərək, prokurorluğa müraciət etdi.