Ursula fon der Laiyen - məqsədimiz Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır, Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq
Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq – bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen “Twitter”də yazır.
Onun sözlərinə görə, Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir.
“Bu gün yeni saziş imzalamaq üçün Azərbaycandayam . Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”, – deyə Ursula fon der Laiyen yazır.