Ursula fon der Laiyen - Avropa Rusiyadan qaz tədarükünün tamamilə dayandırılmasına hazır olmalıdır
Avropa Rusiyadan qaz tədarükünün tamamilə dayandırılmasına hazır olmalıdır- bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen bildirib.
Avropa İttifaqının icraçı orqanının rəhbəri bildirib ki, real qaz qəzası halında, istehlakı azaltmaq mümkün olmalıdır.
Ursula fon der Laiyen, Rusiyadan qaz tədarükünün azaldılmasına lazımi səviyyədə hazırlığın görülməməsinin iqtisadi hasilatın ortalama 0,9-1,5 faiz qədər azalmasına səbəb ola biləcəyini bildirir.
“Eyni zamanda, Rusiya 12 üzv dövlətə qazı yalnız qismən və ya ümumiyyətlə tədarük etmir. Bu səbəbdən Avropa ən pis ssenariyə : gec-tez qaz təchizatının tamamilə dayandırılmasına hazır olmalıdır”- deyə Avropa Komissiyasının prezidenti bildirib.
Ursula fon der Laiyen rus qazının tədarükündən daha az asılı olan ölkələri qənaət prosesində iştirak etməyə çağırıb.