Ursula fon der Laiyen Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırdığına dair məlumat verir
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıb. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Laiyen “Twitter” sosial şəbəkəsində yazır.
“Üzv dövlətlər Aİ-nin Kremlə qarşı gücləndirilmiş, uzadılmış sanksiyaları barədə razılaşıblar. Mən bunu alqışlayıram. Bu, Moskvaya güclü bir mesajdır: biz lazım olduğu qədər güclü təzyiqi qoruyub saxlayacağıq” -deyə Ursula fon der Laiyen yazır.
Bununla yanaşı, Ukrayna mətbuatı, yeni sanksiyaların rus qızılının alınmasını və idxalın nəqlinin, o cümlədən üçüncü ölkələr vasitəsilə qadağan edilməsini nəzərdə tutduğuna dair məlumat yayır.
Qadağa yuvelir məmulatlarına da şamil edilir. İxrac məhdudiyyətlərinin şamil olunacağı ikili təyinatlı məhsulların siyahısı genişləndiriləcək. Barəsində şəxsi sanksiyalar tətbiq edilən şəxslərin “qara siyahısı” da genişləndiriləcək.