Ursula fon der Laiyen - Avropa İttifaqı müharibədən sonra Ukraynanın yenidən qurulmasını koordinasiya etmək üçün platforma yaradacaq
Ursula fon der Laiyen - Avropa İttifaqı müharibədən sonra Ukraynanın yenidən qurulmasını koordinasiya etmək üçün platforma yaradacaq

 
Avropa İttifaqı müharibədən sonra Ukraynanın yenidən qurulmasını koordinasiya etmək üçün platforma yaradacaq-bu barədə
İsveçrənin Luqano şəhərində Ukraynanın yenidən qurulması üzrə konfransda iştirak edən Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen bildirib.

Avropa Komissiyasının rəhbəri, platformadan investisiyalara ehtiyacın müəyyən edilməsi, hərəkətlərin əlaqələndirilməsi və resursların ayrılması üçün istifadə olunacağını bildirib.

“Müharibə başlayandan sonra Avropa İttifaqı 6,2 milyard avro maliyyə yardımı səfərbər edib və daha da çox olacaq. Biz orta və uzunmüddətli yenidənqurma ilə fəal şəkildə məşğul olacağıq” – deyə Ursula fon der Laiyen bildirib.

“Reuters” agentliyinin yazdığı üzrə, Ukraynanın yenidən qurulmasının əlaqələndirilməsi platforması ölkələri, institutları, özəl sektoru və vətəndaş cəmiyyətini birləşdirəcək. Platformanın fəaliyyətinə Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı kimi təşkilatlar da cəlb olunacaq.

“Yenidənqurma platforması vasitəsilə Avropa Komissiyası islahatlar və investisiyaları əhatə edən proqramların həyata keçirilməsində öz geniş təcrübəsini təklif edə bilər. Bununla yanaşı, biz uzun müddətdir ki, Ukrayna ilə sıx əməkdaşlıq edirik. Ukraynanın rəsmi olaraq Aİ üzvlüyünə namizəd olması ilə bu iş daha da aktivləşəcək” – deyə Ursula fon der Laiyen bildirib.

Avropa Komissiyasının prezidenti Avropanın Ukraynanın yanında olmaq üçün xüsusi məsuliyyət və strateji maraq daşıdığını bildirib.

“Kremlin məqsədi Ukraynanı hərbi, siyasi və iqtisadi cəhətdən məhv etməkdir. Onlar Ukraynanın bir dövlət kimi mövcudluğunu sarsıtmaq istəyirlər. Biz bunun baş verməsinə icazə verə bilmərik və verməyəcəyik” -deyə Ursula von der Laiyen Luqanoda qeyd edib.