Ursula fon der Laien və Roberta Metsola İsrailə səfər ediblər
Ursula fon der Laien və Roberta Metsola İsrailə səfər ediblər

 
Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien və Avropa Parlamentinin Prezidenti Roberta Metsola İsrailə səfər ediblər.

Knessetin spikeri Amir Ohana onları qarşılayıb.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Laienin “Twitter” səhifəsində yazdığı kimi, o, İsrail xalqı ilə həmrəyliyini ifadə etmək istəyib.

“HƏMAS”ın dəhşətli terror aktından sonra İsrail xalqı ilə həmrəy olduğumuzu bildirmək üçün Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə birlikdə İsrailə gəldim”-deyə Ursula fon der Laien “Twitter” səhifəsində yazır.

Bununla yanaşı, Roberta Metsolanın “Twitter” səhifəsində yazdığı kimi, terror qalib gəlməyəcək və “HƏMAS”ı dayandırmalıdırlar.

“İsrailin nəsillər boyu yaşadığı ən dəhşətli terror hücumundan sonra həmrəylik mesajı ilə buradayıq. Terror qalib gəlməyəcək. Necə cavab verəcəyimiz önəmlidir. Həması dayandıra bilərik, etməliyik. Biz humanitar nəticələri azaltmaq üçün mümkün olan hər şeyi etməliyik” – Metsola yazır.