Gürcüstanda son 24 saatda koronavirusdan 54 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 54 pasiyent dünyasını dəyişib

Gürcüstanda son 24 saatda koronavirusdan 54 pasiyent dünyasını dəyişib. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin   veb-səhifəsində  məlumat dərc olunub.

Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 6 182-ni təşkil edir.

Son 24 saatda, 5697   nəfərin Covid 19-a yoluxması təsdiqlənib, 2 713 pasiyent sağalıb.

Dünən, avqustun 9-da   Gürcüstanda koronavirusa 2236 yeni yoluxma halı qeydə alınıb, 3146 pasiyent sağalıb, 44 nəfər dünyasını dəyişib.