United By Music Avroviziya 2024-ün şüarıdır
United By Music Avroviziya 2024-ün şüarıdır

 
United By Music | “Musiqi ilə birləşmiş” Avroviziya 2024-ün şüarıdır.

Sözügedən şüar həm də Avroviziya 2023-ün şüarı idi, gələcəkdə Avroviziyanın brend strategiyasının tərkib hissəsinə çevriləcək.

68-ci mahnı müsabiqəsi üçüncü dəfə Avroviziyaya ev sahibliyi edən İsveçin Malmö şəhərində keçiriləcək.

Tatto mahnısı ilə müğənni Loreen tərəfindən təmsil olunan İsveç Avroviziya 2023-ü qazanmaqla ev sahibi hüququ qazanıb. Bununla da İsveç qələbə sayına görə Avroviziyanın rekordçusu oldu.

Malmö Avroviziyaya sonuncu dəfə 2013-cü ildə, ilk dəfə isə 1992-ci ildə ev sahibliyi edib.

“Avroviziya 2024” mayın 9, 11 və 13-də “Malmö Arena”da keçiriləcək və son məlumatlara görə, ümumilikdə 35 ölkə iştirak edəcək. Lüksemburq sonuncu dəfə 1993-cü ildə təmsil olunduğu müsabiqəyə bu il qayıdır.