Qiymətləndirmə və milli imtahan mərkəzi ümumi bacarıqlar üzrə imtahanların nəticələrini yaydı.
Veb-səhifədə göstərilir ki, sistemə daxil olmaq üçün aplikantlar müvafiq sahəyə öz şəxsi nömrələrini və identifikasiya kodlarını daxil etməlidirlər.
İmtahan nəticələrini abiturientlər qısa telefon mesajı ilə də alaca bilərlər. Bunun üçün aplikant imtahandaki identifikasiya kodunu 93333 nömrəsinə göndərməlidir. Mesajın qiyməti 0.50 tetridir.
Ümumi bacarıq imtahanlarında abiturient baryeri keçmiş olur, əgər:
I variant – 22 xal və artıq alıbsa,
II variant – 24 xal və artıq,
III variant – 22 xal və artıq;
IV variant – 24 xal və artıq.