Ukraynanın vitse baş nazirinin sözlərinə görə, bu gün "Azovstal"-dan humanitar dəhliz açılmayacaq, çünki bu məsələ ilə bağlı razılaşma əldə olunmayıb
Ukraynanın vitse baş naziri, İrina Vereşçukun sözlərinə görə, bu gün “Azovstal”-dan humanitar dəhliz açılmayacaq, çünki bu məsələ ilə bağlı razılaşma əldə olunmayıb.
“Buna görə də BMT-nin baş katibinə humanitar dəhlizin açılmasının təşəbbüskarı və təminatçısı olması üçün müraciət etdik. Söhbət “Azovstal”-da qalan mülki şəxslər üçün olan dəhlizdən gedir. Belə ki, biz BMT və Qırmızı Xaç nümayəndələrinin humanitar karvanda olmasını tələb edirik”- deyə Ukraynanın vitse baş naziri bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyində bu gün Kiyev vaxtı ilə saat 14:00-da mülki şəxslərin “Azovstal”-dan çıxması üçün dəhliz açacaqlarını bildirmişdilər.