Ukraynanın paytaxt hökuməti Rusiya və ya Belarusiya ilə əlaqədar bütün küçələrin adını dəyişməyi planlaşdırır
Ukraynanın paytaxt hökuməti Rusiya və ya Belarusiya ilə əlaqədar bütün küçələrin adını dəyişməyi planlaşdırır

 

Ukrayna mətbuatının məlumatına görə, Kiyevdə 300 küçənin adını dəyişdirmək və 60 abidəni götürmək istəyirlər. “Ukrainskaya Pravda”-ya Kiyev Sakrebulosunun katibi Vladimir Bondarenkonun verdiyi məlumata görə, Ukraynanın paytaxt hökuməti Rusiya və ya Belarusiya ilə əlaqədar bütün küçələrin adını dəyişməyi planlaşdırır.

Həmçinin Rusiya Federasiyası və ya Sovet İttifaqı ilə bağlı bütün abidələrin götürülməsi planlaşdırılır.

“Adlarının dəyişdirilməsi mütləq olan 279 obyekt müəyyən edilib. Lakin onların sayının arta biləcəyini istisna etmirik. Vətəndaşların təkliflərini gözləyirik” -deyə Bondarenko bildirib.

Bundan əvvəl həmçinin məlum olub ki, aprelin sonuna qədər Kiyevdə Xalqlar Dostluğu tağı altındakı iki abidə götürüləcək, daha sonra isə tağın özü də söküləcək.