Ukraynanın İctimai Yayımçısının rəhbəri - gürcü dostlara təşəkkür edirəm, əminəm ki, bizim və sizin azadlığınızı birlikdə bərpa edəcəyik, yaşasın Gürcüstan
Gürcüstanın Birinci Kanalının bu gün saat 22:00-da keçirəcəyi “Biz Ukrayna üçün” xeyriyyə marafonu ilə əlaqədar Ukrayna İctimai Yayımçısının baş direktoru Mikola Çernotitski gürcü tamaşaçılarına müraciət edir.
Mikola Çernotitski Gürcüstana göstərdiyi dəstəyə görə təşəkkür edir.
“Əziz gürcü dostlar, dəstəyinizə görə minnətdarıq. Ukraynalılar hər gün müstəqillikləri uğrunda mübarizə aparırlar. Sizdən aldığımız dəstəklə daha da gücləndiyimizə əminəm. 2008-ci ildə Gürcüstana, 2014 və 2022-ci illərdə isə Ukraynaya hücum edən təcavüzkara qarşı sona qədər mübarizə aparacağıq. Əminəm ki, birlikdə sizin və bizim azadlığımızı bərpa edəcəyik. Bir daha təşəkkür edirəm. Yaşasın Gürcüstan!” – deyə Ukrayna İctimai Yayımçısının rəhbəri bildirib.
Gürcüstanın Birinci Kanalı Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə Ukrayna xalqına dəstək və Ukrayna İctimai Yayımçısı ilə həmrəylik əlaməti olaraq “Biz Ukrayna üçün” xeyriyyə marafonunu keçirəcək. Bu, bütün Avropada ictimai yayımçıların həmrəylik aksiyasıdır, marafon Varşavada start aldı, bu gün Tbilisi və Praqada, sonra Tallin və Buxarestdə, həmçinin bütün Avropa paytaxtlarında xeyriyyə marafonu keçiriləcək. Məqsəd birdir – Ukrayna xalqına kömək etmək.