Ukraynanın Dövlət İstintaq Bürosundan İrpen şəhərində 13 məzarın aşkar edildiyi bildirilir
Kiyev yaxınlığında yerləşən İrpen şəhərində 13 məzar aşkarlanıb. Bu barədə Ukrayna Dövlət İstintaq Bürosundan bəyanat verilib.
İdarədən qeyd olunduğu üzrə, müstəntiqlər şəhərdə 10 min ev və digər tikililərin yerləşdiyi 700 hektar əraziyə baxış keçiriblər.
Onların iddialarına əsasən, Rusiya hərbçilərinin törətdiyi bir sıra hərbi cinayətlərin üstü açılıb. Qurumun əməkdaşları rus əsgərlərinin Cenevrə Konvensiyasının qadağan etdiyi silah və sursatlardan istifadə etdiyini iddia edirlər.
Rusiya ordusu tərəfindən mülki şəxslərə qarşı “Qrad” reaktiv yaylım atəşi sisteminin, həmçinin “İsgəndər-M” ballistik raketinin istifadəsi sənədləşdirilib.
Axtarış əməliyyatı zamanı 13 məzar aşkarlanıb.