Ukraynanın Baş Qərargahı - Rusiya işğalçı qüvvələri Lisiçanskda mövqelərini möhkəmləndirərək Slavyansk istiqamətində hücuma hazırlaşırlar
Ukraynanın Baş Qərargahı - Rusiya işğalçı qüvvələri Lisiçanskda mövqelərini möhkəmləndirərək Slavyansk istiqamətində hücuma hazırlaşırlar

 
Rusiya işğalçı qüvvələri Lisiçanskda mövqelərini möhkəmləndirərək Slavyansk istiqamətində hücuma hazırlaşırlar-bu barədə
Ukrayna Ordusunun Baş Qərargahının hesabatında deyilir.

Yayılan məlumatlara əsasən, rus hərbçilər Şimali Donets çayını keçərək Kramatorsk istiqamətində artilleriya hazırlığından keçiblər. Donetsk vilayətinə gəlincə, Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, Rusiya işğalçı ordusu əsas səylərini Ukrayna Müdafiə Qüvvələrinin bölmələrini tədricən Severski-Fedorovka-Baxmut xəttinə qədər sıxışdırmağa yönəldib.

Bununla yanaşı, Britaniya kəşfiyyatının məlumatına əsasən, rus qoşunları Luqansk vilayətinin Lisiçansk şəhərini ələ keçirdikdən sonra, yəqin ki, öz qüvvələrini Donetsk vilayətinin ələ keçirilməsinə yönəldəcək.