Ukraynanın baş prokuroru - Kremençukun ticarət mərkəzinin əməkdaşları ola bilsin məsuliyyətə cəlb olunsunlar
Kremençukun ticarət mərkəzinin əməkdaşları ola bilsin məsuliyyətə cəlb olunsunlar.
“BBC”nin məlumatına görə, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova bildirib.
Venediktovanın sözlərinə görə, əgər istintaq ticarət mərkəzinin əməkdaşlarının hava hücumu zamanı təhlükəsizlik ölçülərinə məhəl qoymadığını müəyyən edərsə, onlar məsuliyyətə cəlb olunacaqlar.
Kremençukun meri Vitali Maletskinin sözlərinə görə, ticarət mərkəzinin administrasiyası raket hücumundan bir neçə gün əvvəl iyunun 23-dən etibarən mərkəzin hətta hava hücumu zamanı belə bağlanmayacağını elan edib.
Rusiya ötən gün Kremençuk şəhərindəki “Amstor” ticarət mərkəzinə raket zərbəsi endirib. Raket zərbəsi nəticəsində 20-dən çox adam həlak olub, 59 nəfər xəsarət alıb. Həmçinin 40-dan çox insan itkin düşüb. Axtarış-xilasetmə işləri bu vaxtadək davam edir.