Ukraynalı jurnalist Aleksandr Savoçenko Donetsk vilayətində Baxmut yaxınlığında döyüşdə həlak olub
Ukraynalı jurnalist Aleksandr Savoçenko Donetsk vilayətində Baxmut yaxınlığında döyüşdə həlak olub. Bu barədə məlumatı Ukrayna mətbuatı yayır.
36 yaşlı Savoçenko Rusiyanın genişmiqyaslı hərbi təcavüzü başlayandan könüllü olaraq hərbi əməliyyatlarda iştirak edib.
Müharibə başlamazdan əvvəl o, Kiyevdə əvvəlcə STB telekanalında işləyib, sonra isə “France Presse” xəbər agentliyi ilə əməkdaşlıq edib. Daha sonra Aleksandr Savoçenko Ukraynanın İctimai Televiziyasının jurnalisti olub. Jurnalist Brovaridə yaşayıb.
Ukraynanın Jurnalistlərin Milli Xidməti tərəfindən verilmiş məlumatda, Rusiya tərəfindən Ukraynada müharibə başlayandan bəri 38 jurnalistin həlak olduğu deyilir.