Ukraynada küçədə tibbi maska taxmaq məcburi oldu.
Müvafiq qərarı ölkə iqtidarı verdi.
Bununla yanaşı, ikidən çox insanın küçədə yığılması da qadağan edilir.
Ukraynada rekreasiya zonaları, parklar və oyun meydançaları bağlanıb. Parkda gəzmək üçün icazə sadəcə ev heyvanları olan vətəndaşlara verilir.
Son 24 saat ərzində, Ukraynada 143 koronavirus halı qeydə alındı. Epidemiyanın başladığından bu günə qədər isə, 45 nəfər həlak oldu.