Ukraynada, Donbas bölgəsində bombardıman nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb
Ukraynada, Donbas bölgəsində bombardıman nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb

 

Rusiya işğalçı qüvvələri tərəfindən Donbas bölgəsində həyata keçirilmiş bombardıman nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Rus hərbçilərin və separatçı qrupların hücumlar təşkil etdiyi və yandırıcı mərmilərdən istifadə etdiyi ən qaynar nöqtə Baxmut rayonu hesab olunur. Nəticədə 10-a yaxın yaşayış evi yanıb.

Ukrayna mətbuatının məlumatına görə, rus hərbçilər Xarkov şəhərinin mərkəzi hissəsinə raket zərbəsi endiriblər və 6 mərtəbəli yaşayış binasını dağıdıblar. Yayılan məlumatlarda ötən gecə Xarkovda ümumilikdə 3 güclü partlayışın baş verdiyi deyilir.

Ukrayna mətbuatı Nikolaev və Sumı bölgələrinin Rusiyanın raket hücumlarının hədəfinə çevrildiyini yazır. Ötən gün ərzində ukraynalı hərbçilər cənub istiqamətində 38 rus əsgərini, on ədəd hərbi texnikanı və iki sursat anbarını məhv ediblər.