Ukraynada ABŞ Səfiri vəzifəsinin icraçısı - Ruslar Abxaziyadan, Cənubi Osetiyadan, Donbasdan və Krımdan çıxsalar yaxşı olardı və bu ölkələrin üzvlük məsələsi asanlaşardı
“Rusiyaya qarşı qoyulan sanksiyalar həqiqətən də yetərli deyil, çünki bu vaxta qədər rusların Donbasdan, Krımdan və Gürcüstandan çıxdığını görmədik” – bu barədə bəyanatı Ukraynada ABŞ səfiri vəzifəsini icra edən Uiliyam Teylor Gürcüstanın Birinci Kanalı ilə söhbət zamanı verdi.
Onun dediyinə görə, sanksiyaların məqsədi Rusiyanın aqressiv hərəkətlərini dayandırmaqdır və bu sanksiyaları Amerika, Avropa, Avstraliya, Yaponiya, Kanada və digər ölkələr də dəstəkləməlidirlər.
“Rusiyaya qarşı hələ istifadə edilməyən güclü sanksiyalardan biri, onu beynəlxalq maliyyə sistemindən çıxardmaqdır. Putin üçün belə bir sanksiya ciddi təhlükə, ölkə iqtisadiyyatı üçün isə, böyük zərər ola bilər. Görünür ki, Putin ona qarşı ciddi sankiyaların tətbiq ediləcəyinə inanmır” – dedi Uiliyam Teylor.
Gürcüstanın Birinci Kanalı ilə söhbət zamanı Uilyam Teylor Buxarest sammitinin əsas şərti ilə bağlı da danışdı və qeyd etdi ki, Rusiya aqressiyası bu ölkələrin NATO-ya qoşulması üçün də böyük problem olaraq qalır.
“Ruslar Abxaziyadan, Cənubi Osetiyadan, Donbasdan və Krımdan çıxsalar yaxşı olardı və bu ölkələrin üzvlük məsələsi asanlaşardı” – dedi səfir.