Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub , nəticədə 144 ukraynalı əsir, o cümlədən "Azovstal"ın 95 müdafiəçisi azad edilib
Əsirlərin mübadiləsi nəticəsində Ukrayna ilk dəfə “Azovstal” zavodunun müdafiəçilərini geri qaytarıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi sosial şəbəkədə bəyanat yayır.
“Növbəti əsir mübadiləsi baş tutdu, nəticədə 144 ukraynalı müdafiəçi evə qayıtdı. Bu, Rusiyanın tammiqyaslı işğalının başlanmasından bəri ən böyük mübadilədir. Azad edilmiş 144 nəfərdən 95-i “Azovstal”ın müdafiəçisidir, onlar arasında “Azov” alayının 43 hərbçisi var”-deyə məlumatda deyilir.
Bəyanatda azad edilmiş ukraynalıların əksəriyyətində müxtəlif dərəcəli bədən xəsarətlərinin olduğu qeyd olunub.
İdarənin məlumatına görə, onların hamısına müvafiq təxirəsalınmaz tibbi və psixoloji yardım göstərilib.