Ukrayna və Gürcüstan arasında sürücülük vəsiqələrinin keçərliliyi haqqında danışıqlar aparılır

Ukrayna və Gürcüstan arasında sürücülük vəsiqələrinin keçərliliyi haqqında danışıqlar aparılır.

Bu barədə bəyanatı Ukraynanın Daxili İşlər Naziri Arsen Avakov Gürcüstanın Ukraynadaki səfiri Gela Dumbadze ilə görüş zamanı verdi.

Ukraynanın Daxili İşlər Nazirliyinin bəyanatına görə, görüşdə tərəflər qeyd etdilər ki, iki ölkənin hüquqmühafizə orqanlarının idarələrarası efektiv əməkdaşlığı yüksək səviyyədə davam edir, xüsusi ilə də polis səviyyəsində.

“Dost millətlərimiz ilə bütün çətinliklərə bərabər qarşı durmalıyıq. Ukrayna və Gürcüstanın hüquqmühafizə orqanlarının birgə effektiv əməkdaşlığının çübhısiz ki, müsbət nəticələri olacaq“- dedi Avakov.

Ukraynanın Daxili İşlər Naziri qeyd etdi ki, hal-hazırda qeyd olunan əməkdaşlığın əsas prioritetlərindən biri, trans-sərhəd cinayətləri ilə mübarizə aparmaq məqsədi ilə, hərəkət mexanizmlərinin optimizasiyasıdır.