Ukrayna və Gürcüstan arasında gediş-gəliş ID kartı ilə mümkün olacaq
Ukrayna və Gürcüstan arasında gediş-gəliş ID kartı ilə mümkün olacaq

Ukrayna və Gürcüstan sentyabrda biometrik şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin işə salınmasını planlaşdırırlar, – bu barədə məlumatı “unian” Ukrayna agentliyi yayır.

Müvafiq razılaşmanın imzalanmasını tərəflər, Nyu Yorkda BMT-nin Baş Assambleyası sessiyasında, hər iki ölkə nümayəndə heyətinin səfəri zamanı planlaşdırırlar.

“Bizə təsdiq etdilər ki, daxili passport ilə vətəndaşların səyahəti barəsində razılaşmanın mətni artıq razılaşdırılıb və rəsmi olaraq Gürcüstan XİN-ə göndərilib. Hazırda hökumət imzalanma barəsində qərar qəbul etməlidir”, – Ukraynanın Gürcüstandakı səfiri bəyan etdi.