Ukrayna və Danimarka uzunmüddətli əməkdaşlıq və Ukraynanın bərpası haqda memorandum imzalayıb
Ukrayna və Danimarka uzunmüddətli əməkdaşlıq və Ukraynanın bərpası haqda memorandum imzalayıb

 
Ukrayna və Danimarka uzunmüddətli əməkdaşlıq və Ukraynanın bərpası haqda memorandum imzalayıb. Ukraynanın vitse baş naziri Yuliya Sviridenko və Danimarkanın maliyyə naziri Morten Budskov memorandumu imzalayıblar.

Məlumatı Ukraynanın İqtisadiyyat Nazirliyi yayır.

Memoranduma əsasən, Danimarka hökuməti Ukraynanın yenidən qurulmasında iştirak edən özəl sektora dəstək üçün təxminən 40 milyon avro, eləcə də bərpa olunan enerjidən istifadə edən mühüm infrastrukturun dəstəklənməsi üçün 380 milyon avro ayıracaq.

Sənəd həmçinin gəmiqayırma, dəniz limanı infrastrukturunun bərpası sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.