Ukrayna tərəfi-Rusiya Ukraynaya qanadlı raketlər və kamikadze dronlarla hücum edib
Ukrayna tərəfi-Rusiya Ukraynaya qanadlı raketlər və kamikadze dronlarla hücum edib

Rusiya Ukraynaya qanadlı raketlər və kamikadze dronlarla hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiyanın havaya qaldırdığı 16 hava hədəfindən 12-si vurulub.

Ukrayna tərəfinin məlumatına görə, ümumilikdə Rusiya altı “Şəhid” tipli pilotsuz təyyarə və 10 qanadlı raket buraxıb, onlardan 12 hədəf Ukraynanın HHMQ tərəfindən məhv edilib. Ukraynada deyirlər ki, Rusiyanın hücumunun əsas hədəfi Odessa vilayətinin cənubu olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya raketləri mülki kənd təsərrüfatı obyektinin ərazisinə düşüb. “Cənub” əməliyyat komandanlığının məlumatına görə, Berezovski rayonunda taxıl anbarına ziyan dəyib.