Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsir, ona ticarət embarqosu və iqtisadi sanksiyalar tətbiq edir
Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsir, ona ticarət embarqosu və iqtisadi sanksiyalar tətbiq edir

 
Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsir, ona ticarət embarqosu və iqtisadi sanksiyalar tətbiq edir-bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ukrayna hökuməti bu qərarı Suriya tərəfindən separatçı bölgələrin Donetsk və Luqansk qondarma xalq respublikalarının “müstəqilliyinin” tanınmasına cavab olaraq qəbul edib.

“Ukrayna Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyini” tanımasını qətiyyətlə pisləyir. Bu qeyri-dost hərəkətə cavab olaraq Ukrayna Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının 2-ci maddəsinə uyğun olaraq konsulluq əlaqələrini dayandırmadan Suriya ilə diplomatik münasibətləri kəsdiyini bəyan edir. Ukrayna tərəfi həmçinin Suriyaya qarşı ticarət embarqosu, habelə Suriyanın hüquqi və fiziki şəxslərinə qarşı digər sanksiyaların tətbiqi proseduruna başlayır”-deyə Ukrayna XİN-in bəyanatında deyilir.

Kiyevin bəyanatına görə, Suriya Kremldəki kuratorlarının göstərişi ilə Donetsk və Luqansk vilayətlərindəki Rusiya işğalçı administrasiyalarına psevdosubyektivlik verməyə cəhd edir. Ukrayna bu qərarı qeyri-dost hərəkət, ölkənin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Ukrayna qanunvericiliyinin, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirir.