Ukrayna Rusiya idmançılarının Paris Oyunlarına buraxılması qərarını məsuliyyətsizlik adlandırıb #1TVSPORT
Ukraynanın İdman və Gənclər Naziri vəzifəsini icra edən Matvey Bedni Beynəlxalq Olimpiya Komitəsinin Rusiya və Belarus idmançılarının Paris Olimpiadasında neytral statusla iştirakına icazə verilməsi ilə bağlı qərarına rəy bildirib.
“Biz Beynəlxalq Olimpiya Komitəsinin İcraçı orqanının üzvlərinin məsuliyyətsiz qərarını qətiyyətlə qınayırıq.
Ukraynanın 2024-cü il Oyunlarında iştirakına gəlincə, biz Ukraynanın idman ictimaiyyəti və ölkənin ali siyasi rəhbərliyi ilə məsləhətləşdikdən sonra qərar verəcəyik”, – Bedni bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev