Ukrayna Radiosu və Birinci Kanal Gürcüstanda olan Ukrayna vətəndaşları üçün
Ukrayna Radiosu və Birinci Kanal Gürcüstanda olan Ukrayna vətəndaşları üçün

 

Birinci Kanal Ukrayna İctimai Radiosunun təşəbbüsü ilə Ukrayna vətəndaşlarına Ukrayna radiosunun canlı translasiyasını təmin edəcək. Bu qərarın məqsədi Gürcüstanda olan Ukrayna vətəndaşlarını və digər maraqlanan şəxsləri operativ şəkildə öz dillərində məlumatla təmin etməkdir.

Fevralın 22-dən Ukrayna İctimai Radiosu dinləyicilərə ölkədə baş verən hadisələrlə bağlı 24 saat boyunca məlumat verəcək. Hərbi analitiklər, dövlət xadimləri və aparıcı ekspertlər radio efirində çıxış edəcəklər.

Canlı yayım həyəcan siqnalı çalarkən, aparıcıların sığınacaqlara enmə məcburiyyəti halında dayanır .

Ukrayna İctimai Radiosu ölkənin ən populyar və ən böyük radiosudur. Onun gündəlik dinləyicilərinin ortalama sayı bir milyona yaxındır.