Ukrayna Radasının sədrinin birinci müavini , müharibə başlayandan Ukraynada 32 media mənsubunun həlak olduğunu bildirir
Ukrayna Radasının sədrinin birinci müavini , müharibə başlayandan Ukraynada 32 media mənsubunun həlak olduğunu bildirir.
Bu barədə Oleksandr Kornienko “Twitter”-də yazıb.
“Ukraynada Jurnalistlər Günü. Genişmiqyaslı işğalın başlamasından sonra 32 media mənsubu həlak olub. Həlak olanların xatirəsini ehtiramla yad edirik. Ukraynanı informasiya cəbhəsində müdafiə edən hər kəsə cəsarət və möhkəmlik arzulayırıq. Əməyinizə görə təşəkkürlər!” -deyə Kornienko yazır.