Ukrayna prokurorlarının məlumatına əsasən, Kiyev yaxınlığındakı şəhərlərdə 410 dinc sakinin cəsədi tapılıb

 
Kiyev yaxınlığındakı şəhərlərdə 410 dinc sakinin cəsədi tapılıb-bu barədə Rusiyanın Ukraynada törətdiyi mümkün hərbi cinayəti öyrənən Ukrayna prokurorlarının bəyanatında qeyd olunub. Məlumatı “BBC” yayır.

Ukraynanın Baş Prokuroru İrina Venediktovanın sözlərinə görə, Ukrayna Hərbi Prokurorluğu “Rusiyanın təcavüzünə dair sübutları toplayacaq və saxlayacaq, asayişi və hərbi qulluqçuların hüquqlarının müdafiəsini təmin edəcək”.

Rusiya hakimiyyəti ittihamları təkzib edir.