Ukrayna prezidenti çoxmilli təlimlərdə xarici ölkənin silahlı qüvvələrinin iştirakı barəsində qanuna imza atdı
Ukrayna prezidenti çoxmilli təlimlərdə xarici ölkənin silahlı qüvvələrinin iştirakı barəsində qanuna imza atdı

Ukrayna prezidenti Petro Poroşenko, parlament tərəfindən təsdiqlənən qanunu imzaladı. Qanun Ukrayna ərazisində çoxmilli hərtbi təlimlərdə xarici ölkənin silahlı qüvvələrinin iştirakını nəzərdə tutur.

Yayılan məlumata görə, çoxmilli təlimlər çərçivəsində, 2018-ci ildə Ukrayna ərazisində təlimlərdə Amerika Birləşmiş Ştatlarından və NATO-nun üzv ölkələrindən 3 min hərbiçi iştirak edəcək.