Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, fevralın 24-dən sonra Ukraynada 17 minə qədər rus hərbçi həlak olub, 1694 zirehli texnika məhv edilib
Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, Ukraynaya müdaxilədən sonra Rusiya ordusunun canlı qüvvə itkisi 17 min nəfərə çatır.
Ukrayna mətbuatının ölkənin baş qərargahına istinadən yazdığına görə, döyüş əməliyyatları nəticəsində rus ordu hissələrinin 586 tankı, 1694 zirehli texnikası, 302 artilleriya sistemi, 95 reaktiv yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə sistemi məhv edilib.
Mətbuatın məlumatına görə, həmçinin 123 hərbi təyyarə, 127 helikopter və 66 operativ səviyyəli pilotsuz uçuş aparatı da məhv edilib.