Ukrayna milli komandasının yeni formasında Gürcüstan bayrağı təsvir olunub # 1TVSPORT
Ukrayna milli komandasının yeni formasında Gürcüstan bayrağı təsvir olunub # 1TVSPORT

 

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko Ukrayna millisinin yeni formasını təqdim edib, bu forma ilə komanda yoxlama oyunları keçirəcək. Yeni formada bir çox elementlərlə yanaşı, müxtəlif ölkələrin bayraqları təsvir edilib, bu bayraqlar arasında Gürcüstanın dövlət bayrağı da var.

Ukrayna millisi DÇ-2022-nin pley-off mərhələsinin son yoldaşlıq matçını oynayacaq, ilk görüş isə mayın 11-nə təyin olunub.

Yoldaşlıq oyunlarından və köynəklərin satışından yığılan vəsait United24 proqramına köçürüləcək, bu isə sonradan Ukraynanın yenidən qurulmasına xərclənəcək” – deyə Ukrayna Futbol Assosiasiyasının prezidenti bildirib.

“Ukrayna Futbol Assosiasiyası və milli komanda Ukrayna prezidenti Volodimir Zelenskinin U24 təşəbbüsünü – resurslar axtarışında bütün sivil dünyanı Ukrayna ətrafında birləşdirən platformanı dəstəkləyir.

Bu dəstək çərçivəsində Ukrayna millisinin futbolçuları 2022-ci ilin dünya çempionatının pley-off mərhələsinin hazırlıq matçlarında xüsusi formalarda oynayacaqlar və bu formalar məhdud sayda olacaq. Bu yoldaşlıq görüşlərindən və köynəklərin satışından yığılan vəsait U24 proqramına köçürüləcək.

 

Formanın əsas komponenti UNITED FOR UKRAINE yazısıdır, köynəyə həmçinin iki original element də əlavə olunub.

Birinci -dövlət sərhədləri rus işğalçılarına qarşı mübarizədə Ukraynaya dəstək verən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. İkinci element Ukraynadakı yaşayış məntəqələrinin adları ilə tərtib olunmuş oyunçuların nömrələridir.

Ukrayna millisi mayın 11-də “Qladbax”-la yoldaşlıq oyunu keçirəcək. Dünya çempionatının pley-off mərhələsinin yarımfinalında isə Şotlandiya komandası ilə qarşılaşacaq.