Ukrayna mətbuatının yazdığına əsasən, Rusiya Kiyev istiqamətində “İskəndər” tipli ballistik raket buraxıb
Ukrayna mətbuatının yazdığına əsasən, Rusiya Kiyev istiqamətində “İskəndər” tipli ballistik raket buraxıb

Səhər saatlarında Rusiya Kiyev istiqamətində “İskəndər” tipli ballistik raket buraxıb. Bu barədə Kiyev şəhər administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

“52 günlük uzun fasilədən sonra düşmən Kiyevə raket hücumlarını bərpa etdi! Raket Kiyevə çata bilməyib, hava hücumundan müdafiə qüvvələri və vasitələri onu paytaxtın yaxınlığında məhv ediblər”, – deyə Popko bildirib.

Bundan əlavə, Kiyev vilayət administrasiyasının məlumatına əsasən, Rusiya tərəfindən buraxılan iki raket də düzənlik sahəyə düşüb. Partlayış dalğası beş fərdi evə ziyan vurub. Xəsarət alanlar barədə məlumat verilməyib.