Ukrayna mətbuatı-Rusiya gecə saatlarında Kiyevə hücum edib, 7 nəfər yaralanıb
Ukrayna mətbuatı-Rusiya gecə saatlarında Kiyevə hücum edib, 7 nəfər yaralanıb

Gecə saatlarında Rusiya Ukraynanın paytaxtına hücum edib. Yeddi nəfər yaralanıb. Bu barədə Ukrayna mətbuatı Kiyevin meri Vitali Kliçkoya istinadən yazır.

Kliçkonun sözlərinə görə, Kiyevdə bir neçə partlayış olub, bəzi ərazilərə su və elektrik enerjisi verilmir.

“Hava hücumu zamanı partlayış olub, yaralananlar var, Qoloşevski və Şevçenko rayonlarına mərmi parçaları düşüb, qaz borusu zədələnib. Xilasedicilər hələ də yanğını söndürməyə çalışırlar”, – Kliçko yazıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Serqey Popkonun məlumatına görə, bütün fövqəladə xidmətlər hadisə yerindədir. Popko sakinləri sığınacaqlarda qalmağa çağırıb.