Ukrayna mətbuatının məlumatına əsasən, rus işğalçıların əməllərindən dolayı Ukrayna Avropaya qazın üçdə birinin tranzitini dayandırır
Ukrayna mətbuatının məlumatına əsasən, rus işğalçıların əməllərindən dolayı Ukrayna Avropaya qazın üçdə birinin tranzitini dayandırır

 
Rus işğalçıların əməllərindən dolayı Ukrayna Rusiyadan Avropaya qazın üçdə birinin tranzitini dayandırır. Bu barədə Ukrayna mətbuatı məlumat yayır.

“Fors-major vəziyyətin yaranmasına görə, işğal olunmuş ərazilərdə yerləşən “Saxranovkat” və “Novopskov” sərhəd kompressor stansiyası ilə qazın sonrakı nəqli mümkün deyil” -deyə Ukraynanın GTS operatorunun bəyanatında deyilir.

Ukrayna mətbuatının məlumatına əsasən, Rusiyanın hərbi təcavüzü səbəbindən tranzit sistemi obyektlərinin bir hissəsi işğal olunmuş ərazilərdədir.