Ukrayna mətbuatı Rusiya işğalçı qüvvələri tərəfindən Xarkov vilayətinin bombalanmasının insan tələfatı ilə nəticələndiyinə dair məlumat yayır
Ukrayna mətbuatı Rusiya işğalçı qüvvələri tərəfindən Xarkov vilayətinin bombalanmasının insan tələfatı ilə nəticələndiyinə dair məlumat yayır

 

Rusiya işğalçı qüvvələrinin Ukraynanın Xarkov vilayətini bombalaması insan tələfatı ilə nəticələnib. Yayılmış məlumatlarda, raket hücumunun yaşayış məntəqəsinə edildiyi deyilir.

Rusiya ordusunun bölmələri Sumı vilayətinin üç yaşayış məntəqəsini artilleriya atəşinə tutublar. Ukrayna mətbuatının məlumatına görə, rus işğalçı qüvvələri Baxmut rayonuna zərbə endiriblər.

Mərmilərin partlaması nəticəsində 3 azyaşlı xəsarət alıb. Rus hərbçilər Dnepropetrovsk vilayətinin Nikopol şəhərinə artilleriya hücumu ediblər. Rusların qondarma referendum keçirməyi planlaşdırdıqları işğal olunmuş Melitopol şəhərində partlayış səslərinin eşidildiyinə dair məlumat yayılır.

Ukrayna ordusu Rusiya ordusunun Luqansk vilayətində yerləşən anbarını və komanda məntəqəsini bombalayıb. Ukrayna ordusu tərəfindən Xerson vilayətində yerləşən Rusiya hərbi bazası da məhv edilib.