Ukrayna mətbuatı xəbər verir ki, Rusiya işğalçı qüvvələri Ukraynanın Xarkov və Zaporojya bölgələrini bombalayıb
Ukrayna mətbuatı xəbər verir ki, Rusiya işğalçı qüvvələri Ukraynanın Xarkov və Zaporojya bölgələrini bombalayıb

Rusiya işğalçı qüvvələri Ukraynanın Xarkov və Zaporojya bölgələrini bombalayıb. Ukrayna mətbuatının məlumatına görə, Xarkov vilayətinin İzium rayonunun Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 2 nəfər həlak olub. Ukrayna mətbuatı Rusiya ordusunun yaşayış məntəqəsini bombaladığını yazır.

Ötən gün ərzində Rusiya hərbçiləri pilotsuz uçuş aparatları və reaktiv sistemlərlə Zaporojya bölgəsinə hücum edib. Ukrayna Ordusunun Baş Qərargahının məlumatına əsasən, son 24 saat ərzində Rusiya ordusu ilə 60-a yaxın atışma olub. Ümumilikdə Rusiya hərbçiləri 2 raket və 43 hava zərbəsi endirib.