Ukrayna mediası Rusiyanın Xarkov vilayətinin Pervomayski şəhərinə hücumu nəticəsində 9-u uşaq olmaqla 31 nəfərin yaralandığına dair məlumat yayır
Ukrayna mediası Rusiyanın Xarkov vilayətinin Pervomayski şəhərinə hücumu nəticəsində 9-u uşaq olmaqla 31 nəfərin yaralandığına dair məlumat yayır

 
Rusiyanın Xarkov vilayətinə hücumu nəticəsində 9-u uşaq olmaqla 31 nəfər yaralanıb.

Bu barədə Ukrayna mediası Xarkov regional administrasiyasının rəhbərinə istinadən yazır.

Oleq Sinequbov ilkin məlumata görə, Xarkov vilayətinin Pervomayski şəhərinin partlayıcı mərmi ilə bombalandığını bildirib.

Nəticədə avtomobillərə və yaşayış binalarına da ziyan dəyib.