Ukrayna mediası – İordaniya və İraq, Ukrayna üzrə Sülh Sammitinin kommünikesini imzalayan ölkələrin siyahısında yoxdur

10:39, 17.06.2024

 
İordaniya və İraq, İsveçrədə Ukrayna üzrə Sülh Sammitindən sonra qəbul edilmiş kommünikeni imzalayan ölkələr siyahısında yoxdur-bu haqda məlumatı Ukrayna mediası yayır.

İlkin olaraq 80 dövlət kommünikeni imzalayırdı, tezliklə isə onların sayı 78-ə azaldı. Yenilənmiş siyahıda İraq və İordaniyanın adı yoxdur.

Xatırladaq ki, İsveçrədə 100 ölkədən nümayəndə heyətinin iştirakı ilə 15-16 iyun tarixlərində Ukrayna üzrə Sülh Sammiti keçirilib.

Oxşar