Ukrayna limanlarından blokadada qalmış dənli bitkilərin çıxarılması məsələsi ilə əlaqədar sabah İstanbulda Ukrayna, Rusiya və Türkiyə nümayəndə heyətləri görüş keçirəcəklər
Ukrayna limanlarından blokadada qalmış dənli bitkilərin çıxarılması məsələsi ilə əlaqədar sabah İstanbulda Ukrayna, Rusiya və Türkiyə nümayəndə heyətləri görüş keçirəcəklər

 
Ukrayna limanlarından blokadada qalmış dənli bitkilərin çıxarılması məsələsi ilə əlaqədar iyulun 13-də İstanbulda Ukrayna, Rusiya və Türkiyə nümayəndə heyətləri görüş keçirəcəklər .

Bu barədə türk mətbuatı Türkiyə Müdafiə Nazirliyinə istinadən məlumat yayır.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akarın sözlərinə görə, görüşdə BMT nümayəndə heyəti də iştirak edəcək.

Qərb və Ukrayna hakimiyyəti Rusiyanı Qara dəniz limanlarını mühasirədə saxlamaqda ittiham edir. BMT-də taxıl çatışmazlığı səbəbindən dünyada ərzaq böhranı təhlükəsinin olduğunu deyirlər. Öz növbəsində Moskva Rusiyanın Ukraynadan taxıl ixracına mane olmadığını iddia edir və bildirir ki, Ukrayna limanlarını minalardan təmizləsə, taxılla yüklənmiş gəmilər heç bir problem olmadan limanları tərk edə biləcək.