Ukrayna xaricdə yaşayan 18-60 yaş arası kişilərə pasport verilməsini dayandırır
Ukrayna xaricdə yaşayan 18-60 yaş arası kişilərə pasport verilməsini dayandırır

 
Ukrayna xaricdə yaşayan 18-60 yaş arası kişilərə pasport verilməsini dayandırır. Nazirlər Kabinetinin fərmanına əsasən, bu sənədi yalnız Ukraynanın ərazi qurumunda və ya immiqrasiya xidmətində almaq mümkün olacaq.

“BBC”nin yazdığı kimi, Ukraynaın Nazirlər Kabineti tərəfindən bu məhdudiyyət ölkə ordusunda kadr çatışmazlığı fonunda qəbul edilib.

Yeni qaydalar hərbi vəziyyət şəraitində sərhədi keçmək hüququna malik 18-60 yaş arası kişilərə şamil edilmir.