Ukrayna İctimai Yayımçısının Qəyyumlar Şurasının sədri və Media Monitorinqi Agentliyinin rəhbəri Gürcüstanın Birinci Kanalında olublar
Ukrayna İctimai Yayımçısının Qəyyumlar Şurasının sədri və Media Monitorinqi Agentliyinin rəhbəri Gürcüstanın Birinci Kanalında olublar

 

İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze və baş direktor Tinatin Berdzenişvili Ukrayna İctimai Yayımçısının Qəyyumlar Şurasının sədri Svitlana Ostapa və Ukraynanın Media Monitorinqi Agentliyinin rəhbəri Qalina Petrik ilə görüşüblər.

İctimai Yayımçıda keçirilən görüşdə rəhbər şəxslər Gürcüstan-Ukrayna yayımçıları arasında mövcud sıx əməkdaşlığı müzakirə edərək birgə gələcək planlardan danışıblar.

“Ukraynalı dostlarımızı və həmkarlarımızı Gürcüstanda görmək bizim üçün həmişə vacibdir. Müharibənin ilk günündən İctimai Yayımçının Ukrayna İctimai Yayımçısı ilə birgə işləməsi haqqında artıq heç nə deməyəcəyəm. Həm mənəvi, həm də texniki cəhətdən çoxlu ümumi yardım da göstərildi. Biz fəxr edirik və aramızdakı əlaqələri yüksək qiymətləndiririk. Bu gün biz bu münasibətləri gücləndirmək barədə danışdıq, ilk mənbədən, Ukraynadan təsdiqlənmiş xəbərləri almaq üçün nələrin edilməsi ilə bağlı yeni planlar qurduq ” – deyə Tinatin Berdzenişvili bildirib.

Ukraynanın İctimai Yayımçısının Qəyyumlar Şurasının sədri Svitlana Ostapa görüşdən sonra bildirib ki, Gürcüstan və Ukraynanın ictimai yayımçıları öz təcrübələrini bölüşüblər.

“Görüşdə bir-birimizlə təcrübələrimizi bölüşdük. Eyni ailənin üzvü olduğumuzu eşitmək çox xoş idi. Biz bir-birimizi dəstəkləyirik, bu, Ukrayna üçün çox vacibdir. Gürcüstan Rusiya ilə müharibə yaşayıb və siz Rusiyanın nə olduğunu, terrorçu ölkə olduğunu çox yaxşı başa düşürsünüz. O, sadəcə olaraq öz maraqları üçün əhalini bombalaya bilər. Biz Ukraynada Gürcüstanın və Gürcüstanın İctimai Yayımçısının köməyini hiss edirik” – deyə Svitlana Ostapa bildirib.

Bununla yanaşı, İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze görüşdə tərəflərin gələcək planları müzakirə etdiklərini açıqlayıb.

“Gürcüstanın İctimai Yayımçısı Ukraynanın İctimai Yayımçısı ilə sıx əməkdaşlıq edir. Bu çətin vəziyyətdə bizim tərəfdaşlıq əlaqələrimiz var. Çox işgüzar və maraqlı görüşümüz oldu. Saxta təbliğatın mümkün qədər az yayılmasını hansı formada təşviq edəcəyimizlə bağlı gələcək planlar qurduq. Bundan əlavə, qəyyumluq fəaliyyəti ilə bağlı da təcrübələrimizi bölüşdük. Biz böyük bir ailənin çox sıx tərəfdaşlarıyıq” -deyə Vasil Mağlaperidze bildirib.

Xatırladaq ki, müharibə dövründə Gürcüstanın İctimai Yayımçısı Ukraynanın İctimai Yayımçısı ilə sıx əməkdaşlıq edir və Ukraynaya dəstək verən müxtəlif tədbirlər həyata keçirir.