Ukrayna hökuməti bir sıra şəhərlərdə rus və sovet xadimlərinin abidələrinin sökülməsinə icazə verib
Ukrayna hökuməti bir sıra şəhərlərdə rus və sovet xadimlərinin abidələrinin sökülməsinə icazə verib

Ukrayna hökuməti bir sıra şəhərlərdə rus və sovet xadimlərinin, o cümlədən Aleksandr Puşkinin abidələrinin sökülməsinə icazə verib. Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin bəyanatında qeyd olunduğuna əsasən, adıçəkilən abidələr milli əhəmiyyətli mədəni irsin daşınmaz əmlakının dövlət reyestrindən çıxarılıb.

Hökumətin sərəncamına əsasən, Kiyev, Odessa, Jitomir və Xarkovda Puşkinin abidələri, Kiyevdə bolşevik lideri Nikolay Şorsun abidəsi, Odessada knyaz Vorontsovun abidəsi, İzmaildə Suvorovun abidəsi, Xersonda admiral Oşakov, Luqanskda “İnqilab döyüşçüləri”nin memorial kompleksi sökülə bilər.

Qeyd edək ki, oktyabrın sonunda Kiyevdə Puşkinin büstü, eləcə də Zaporojyanın mərkəzindəki Puşkinin abidəsi sökülüb.