Ukrayna Hərbi Hava Qüvvələri-gecə saatlarında Ukraynanın əksər bölgəsində hava hücumu xəbərdarlığı elan edilmişdi
Ukrayna Hərbi Hava Qüvvələri-gecə saatlarında Ukraynanın əksər bölgəsində hava hücumu xəbərdarlığı elan edilmişdi

 
Gecə saatlarında Ukraynanın əksər bölgəsində hava hücumu xəbərdarlığı elan edilmişdi. Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən yayılmış məlumatda qeyd olunduğu üzrə, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın havaya qaldırdığı 18 pilotsuz uçuş aparatından 17-ni məhv etməyə nail olub.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Ukrayna Müdafiə Qüvvələri bir gün ərzində 620 işğalçını, düşmənin 24 artilleriya sistemini, 27 pilotsuz uçuş aparatını və 6 zirehli texnikasını məhv edib.