Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən verilmiş məlumatda, ölkənin Qara dənizdəki limanlarının fəaliyyətinin bərpa edildiyi deyilir
Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən verilmiş məlumatda, ölkənin Qara dənizdəki limanlarının fəaliyyətinin bərpa edildiyi deyilir

 

Ukraynanın Qara dənizdəki limanları fəaliyyətini bərpa edib. Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən “Facebook” sosial şəbəkəsində yayılmış bəyanatda deyilir.

Bəyanatda, taxıl ixracı üçün Ukrayna limanlarının blokadadan çıxarılmasına dair razılaşmanın imzalanması ilə əlaqədar Odessa, Çernomorsk və Yujnı limanlarında işlərin bərpa edildiyi qeyd olunub.

Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən verilmiş məlumatda, hərbi və mülki mütəxəssislərin gəmilər üçün təhlükəsiz marşrutların müəyyənləşdirilməsi üzərində işlədiyi deyilir.

Xatırladaq ki, iyulun 22-də Rusiya və Ukrayna, BMT və Türkiyə ilə birlikdə taxıl ixracı üçün Ukraynanın Qara dəniz limanlarından gəmilərin təhlükəsiz keçməsini təmin etməli olan razılaşma imzalayıblar.