Ukrayna hakimiyyətinin məlumatına görə, "Azovstal"-da olan 38 yaralı döyüşçünün təxliyəsi üçün danışıqlar aparılır
Ukrayna hakimiyyətinin məlumatına görə, "Azovstal"-da olan 38 yaralı döyüşçünün təxliyəsi üçün danışıqlar aparılır

 

Ukrayna hakimiyyətinin məlumatına görə, Mariupol şəhərində yerləşən “Azovstal” polad zavodundan 38 yaralı döyüşçünün təxliyyəsi üzrə hazırda danışıqlar aparılır. Məlumatı Ukrayna mətbuatı ölkənin reinteqrasiya naziri İrina Vereşçuka istinadən yayır.

Onun sözlərinə görə, söhbət ağır vəziyyətdə olan döyüşçülərin rus əsirlərlə dəyişdirilməsindən gedir.

“Biz addım-addım işləyirik. Əvvəlcə 38 ağır yaralı döyüşçünü dəyişəcəyik, sonra irəliyə gedəcəyik. Hazırda bəzi medianın yazdığı kimi 500 və ya 600 nəfərin mübadiləsi üçün danışıqlar aparılmır”-deyə Ukraynanın reinteqrasiya naziri bildirib.

Bundan əvvəl “Azov” legionu Teleqram kanalında “Azovstal” zavodunda möhkəmlənmiş ağır yaralı döyüşçüləri əks etdirən şəkilləri yaymışdı.