Ukrayna Baş Qərargahının məlumatında, Donetsk vilayətində bir neçə istiqamətdə rus işğalçıların hücumlarının dəf edildiyi və iki yerdə isə döyüşlərin davam etdiyi deyilir
Ukrayna ordusu Donetsk vilayətində bir neçə istiqamətdə rus işğalçıların hücumlarını dəf edib, iki yerdə isə döyüşlər davam edir. Bu barədə Ukrayna mətbuatı Ukrayna Ordusunun Baş Qərargahına istinadən məlumat yayır.
Onlar tərəfindən yayılan məlumatda, Rusiya işğalçı qüvvələri tərəfindən Kramatorsk və Baxmut rayonlarında yaşayış məntəqələrinin reaktiv artilleriya ilə bombardıman edildiyi deyilir. Rusiya Baxmut şəhərinə qarşı hərbi aviasiyadan da istifadə edib.
Ukrayna Ordusunun Baş Qərargahı tərəfindən verilən məlumatda, Rusiya ordusunun bölmələrinin itki verdiyi , lakin Uqleqorsk istilik elektrik stansiyasının ərazisinə hələ də nəzarəti ələ keçirməyə çalışdıqları deyilir. Rus qoşunları Xerson bölgəsində irəliləməyə çalışırdılar, lakin itki verərək xaotik şəkildə geri çəkiliblər.
Ukraynalı hərbçilər Xmelnitski rayonuna atılan dörd qanadlı raketi zərərsizləşdiriblər. Həmçinin, Ukraynalı hərbçilərin Rusiyanın Su-25 hərbi təyyarəsini vurduğuna dair məlumat yayılır.