Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya "Azovstal"-a hücum cəhdlərini dayandırıb, Xarkov istiqamətində isə yeni hücumlar təşkil etməyib
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya "Azovstal"-a hücum cəhdlərini dayandırıb, Xarkov istiqamətində isə yeni hücumlar təşkil etməyib

 

Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya qüvvələrinin Donetsk istiqamətində əsas səyləri Rubejnoye şəhəri üzərində tam nəzarəti ələ keçirməyə yönəlib.

Onların verdiyi məlumata əsasən, işğalçılar Liman qəsəbəsinə də hücum etməyə çalışırlar. Baxmut tərəfinə gəlincə, Ukrayna tərəfinin məlumatına görə, düşmən hücuma hazırlaşır, Svetlodarsk və Troitskoe yaşayış məntəqələri istiqamətində artilleriya atəşi açıb.

Baş Qərargahın məlumatına əsasən, düşmən hazırda “Azovstal”-a hücum cəhdlərini dayandırıb, Xarkov istiqamətində isə yeni hücumlar təşkil etməyib.